16 İyun 2022 10:56
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə iyunun 12-də “Mercedes” markalı avtomobildə sərnişin olan Bakı şəhər sakini Ə.Bəbirova hədə-qorxu gələn sürücünün ondan içərisində 300 manatı olan pulqabısını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Ağsu rayon sakini C.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov