16 İyun 2022 14:20
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən bugünlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsi və bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəlal Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumulikdə çəkisi 20 qrama yaxın olan metamfetamin və heroin, eləcə elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi digər tədbirlərlə narkotikli tərkibli bitkilərin kultivasiyasılnda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Əsgərov və Fərhad Rzazadə saxlanılıblar.

Onların yaşadıqları evlərin həyatyanı sahələrinə baxış keçirilən zaman F.Əsgərovdan 50 ədəd və F.Rzazadədən isə 29 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov