16 İyun 2022 17:02
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi iştirakçısı Yolçu Əhmədov avtoqəzada vəfat edib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün Bakı-Ələt yolunda baş verib.

Belə ki, “Ford” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində “Ford”da sərnişin qismində əyləşən Yolçu Əhmədov dünyasını dəyişib, sürücü isə yaralanıb.

Qeyd edək ki, Əhmədov Yolçu Cabir oğlu 2002-ci ilin iyulun 27-də Kürdəmir rayonu Şilyan kəndində anadan olub. Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən "Füzuli rayonunun azad olunmasına görə" və "Xocavənd rayonunun azad olunmasına görə " medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Müəllif: Mənbə/Axar.az