1 Dekabr 2014 10:18
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasından istefa verən politoloq Hikmət Hacızadə Müsavat Partiyasının əbədi “dostu” hesab olunan Pənah Hüseynlə zarafatlaşıb.

Teleqraf.com-un xəbərinə görə, hələ ötən həftənin əvvəllərində Hikmət Hacızadə, Tofiq Hüseynli (Qara Tofiq), Səxavət Əlisoy, Elnur Astanbəyli və digər şəxslər xaş yemək barədə razılığa gəliblər. Dünən səhər saatlarında isə qonaqlıq baş tutub. Sözügedən qonaqlıqda heç şübhəsiz ki, Müsavat Partiyasında baş verən proseslərdə ciddi müzakirə edilib. Sonra isə Hikmət Hacızadə sabiq baş nazir Pənah Hüseynin, Qara Tofiq Əbülfəz Elçibəyin, Ehtiram İlhamlı isə Məhəmməd Əmin Rəsulzadənin fotosunu qaldırıb. Maraqlıdır ki, qonaqlıqda iştirak edən Səxavət Əlisoyda öz fotosunu qaldırıb. Hikmət Hacızadə sosial şəbəkələrdə bu fotoları “M. Ə. Rəsulzadə-Əbülfəz Elçibəy-Pənah Hüseyn yolunda” başlığı ilə paylaşıb. Bununla da, Hikmət Hacızadə Pənah Hüseynə açıq ironiya edib.

Məlumat üçün vurğulayaq ki, AXCP hakimiyyəti zamanında Hikmət Hacızadə ilə Pənah Hüseynin münasibətləri hamar olmayıb. Hacızadə hər yerdə sabiq baş naziri tənqid edib. Üstəlik 2003-cü ildə həbsdən çıxan Pənah Hüseynin irəli sürdüyü islam-demokratiya ideyası da Hacızadə tərəfindən kəskin şəkildə tənqid edilib. Xaş qonaqlığında müxalifət düşərgəsində vəziyyətə bu cür münasibət sərgiləyən şəxslər dolayısı yolla Müsavat Partiyasına da mesaj göndəriblər. Çünki qonaqlıqda iştirak edən bu şəxslər həm də Müsavat Partiyasının tanınan üzvləri olublar.

Cavidan


Müəllif:

Oxşar xəbərlər