Milli Məclisin deputatı Qənirə Paşayeva Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak etmək üçün Pakistanın Lahor şəhərinə səfər edəcək.
Teleqraf.com bildirir ki, tədbirdə region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlərlə bağlı müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini səsləndirəcək. Səfər dekabrın 8-də başa çatacaq.
Cavidan