22 İyun 2022 20:41
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

Teleqraf.com FHN-ə istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

***

İyunun 22-də Goranboy rayonu ərazisində şiddətli yağış bir sıra fəsadlara yol açıb.

Teleqraf.com xəbər verir ki, şiddətli yağan yağış və sel suları rayonun bir sıra kəndlərində, xüsusilə Ağcakənd ərazisində evlərə və təsərrüfatlara ziyan vurub. Sel suları səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.


Müəllif: Teleqraf.com