23 İyun 2022 11:33
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev “Vaz” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törətmiş və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə “Son zəng” tədbirində “Vaz” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşalrı tərəfindən saxlanılıb.

Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Hazırda sonuncu görüntülərdəki digər avtomobil sahiblərinin kimliklərinin müəyyən edilməsi istiqamətin araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov