23 İyun 2022 19:54
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib.

Hazırda onların şəxsiyyəti müəyyən olunur.

Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

19:14

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı var. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report