24 İyun 2022 23:13
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan göndərilən təyyarə meşə yanğınlarının söndürülməsinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Rumıniya və İsrail hökuməti də yanğınların söndürülüməsinə dəstək üçün təyyarələr göndərmək təlifi ilə çıxış ediblər. "Lakin hazırda buna ehtiyac olmadığından əlimizdə olan texnika ilə yanğınların söndürülməsini həyata keçiririk", - deyə Türkiyə Prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda yanğınların söndürülməsinə 15-i təyyarə, 46-sı isə helikopter olmaqla 61 hava texnikası cəlb edilib.


Müəllif: Teleqraf.com