26 İyun 2022 10:21
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara şəhərində gözəllik salonunda yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 1 m² sahədə və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com