26 İyun 2022 14:20
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Xocalı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 1613 kiloqram olan, 3585 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Hacı Zeynalov