27 İyun 2022 11:10
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə iyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com