27 İyun 2022 11:21
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşı xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com