28 İyun 2022 11:02
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 mart 2021-ci ildə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər prokurorluğundan bildirilib.

Aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov