28 İyun 2022 12:46
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Bakıda məşhur ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

Teleqraf.com-un məlumatına görə, o, “Kəpəz” Hospitalda çalışırmış.

Xəstəxanadan Xalidə Kəngərlinin “Kəpəz” Hospitalda çalışdığı təsdiq edilib: "İntihardan xəbərsizik. O, işə çıxmayıb. Əlavə məlumat verə bilmərik".

***

12:14

Bakıda tanınmış həkim intihar edib.

Teleqraf.com xəbər verir ki, ötən gün məşhur ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: Yeganə Oqtayqızı