28 İyun 2022 19:33
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Teleqraf.com Nazirliyə istinadən xəbər verir ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

18:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Bu barədə Teleqraf.com FHN-ə istinadən xəbər verir.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

17:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com