29 İyun 2022 09:27
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


Müəllif: Hacı Zeynalov