29 İyun 2022 10:07
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-likpatron, 2 ədəd pulemyot patronu və 2 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilib.

Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov