29 İyun 2022 12:05
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində vətəndaşa qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxslər vətəndaşa kəsici alətlə xəsarət yetirərək pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.

Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vəli Kərimov və Kənan Əhmədov tutularaq istintaqa təqdim edilib.

Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəli Kərimov və Kənan Əhmədovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, Daxili İşlər Nazirliyi "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov