29 İyun 2022 13:10
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, bəraət hökmü qüvvədə saxlanılıb, prokurorun protesti təmin edilməyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Albert Tahirova 5 il müddətinə məntəqə tipli cəzası verilib.

Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib.

Yeni hökmə əsasən, ona bəraət verilib.

Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib.

Albert Tahirov idarə etdiyi avtomobil yol polisi əməkdaşı Xəyyam Bağırzadənin sürdüyü avtomobillə toqquşub.

Nəticədə Xəyyam Bağırzadə dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov