29 İyun 2022 15:50
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır./Qafqazinfo.az


Müəllif: Teleqraf.com