29 İyun 2022 19:47
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib.

Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu səbəbdən "Nəriman Nərimanov-Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.


Müəllif: Teleqraf.com