1 İyul 2022 08:28
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda itlər doğum evindən yeni doğulmuş körpəni oğurlayaraq diri-diri yeyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Times Now News" saytı məlumat yayıb.

Qeyd olunur ki, Şəbnəm adlı qadın doğuşdan sonra ümumi palataya köçürülüb. Əri, qayınanası və bacısı onun yanında olublar. Körpə əmizdirildikdən sonra xalasının yanında yerdə yatızdırılıb.

Gecə ailə üzvlərindən biri oyanıb və körpəni tapmayıb. Axtarış zamanı körpənin itlər tərəfindən qaçırıldığı və yeyildiyi məlum olub.


Müəllif: Teleqraf.com