3 İyul 2022 09:38
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Digah qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com