3 İyul 2022 13:41
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs 2 il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov