3 İyul 2022 15:37
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Cüdo Federasiyası (ACF) başsağlığı yayıb.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, 1 iyulda 1997-ci il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində DAF markalı yük maşını ilə toqquşub, nəticədə 6 nəfər ölüb.


Müəllif: Teleqraf.com