3 İyul 2022 17:39
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 65 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf.com bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Cavadov Şahlar Alış oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com