4 İyul 10:08
204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Binəqədi rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozda yanğın olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, teplovozun kabinəsində oturacaq və taxta üzlük 1 m² sahədə yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com