4 İyul 2022 10:38
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərur rayonunun Danyeri kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov ölüb.

Naxçıvannın Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov