4 İyul 2022 11:04
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marketdə kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart"da qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, marketin fasadına kimyəvi tərkibli örtük vurularkən, havalandırma sistemi vasitəsilə zəhərli hava içəri daxil olub. Nəticədə işçilər zəhərlənib.

TƏBİB-dən isə bildirilib ki, 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Teleqraf.com