4 İyul 2022 14:54
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı kimyəvi maddədən baş verdiyi məlum deyil.


Müəllif: Teleqraf.com