4 İyul 2022 15:51
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Digah qəsəbəsində 8 boksdan ibarət ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin 3 boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, 2 boksunun içərisində təmirə dayanan 2 ədəd “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com