5 İyul 2022 08:28
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi qazisi Zeynalov İsgəndər Xalid oğlu avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə 3 gün öncə Keşlə qəsəbəsi ərazisində baş verib.

Yaralı xəstəxanaya çatdırılsa da, o, ötən gün müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, İ.Zeynalov Vətən müharibəsində könüllü iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.


Müəllif: Teleqraf.com