5 İyul 2022 14:32
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, öz videosunu çəkərək Tiktok-da paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı intensiv araşdırma tədbirləri həyata keçirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com