6 İyul 2022 09:46
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

"Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.


Müəllif: Teleqraf.com