6 İyul 2022 11:29
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi baş redaktorun həbsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Göygöl rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov