6 İyul 2022 17:27
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İyulun 5-də, saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.


Müəllif: Hacı Zeynalov