6 İyul 2022 17:42
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hidayət Cəfərovun oğlu Xudayar Cəfərov deyib.

X.Cəfərov bildirib ki, hazırda 80 yaşlı atalarının dəfn hazırlıqları ilə məşğuldurlar. Daha sonra atalarının ölümünə səbəb olan, onun ikinci həyat yoldaşı Serbiya Cəfərovadan şikayətçi olacaqlar.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib.


Müəllif: Mənbə/Trend