6 İyul 2022 18:27
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində ayağını pəncərədən çıxararaq avtomobil idarə edən sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov ayağını pəncərədən çıxararaq cəmiyyətə açıq hörmətsizlik edib, ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

Həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib. İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Qeyd edək ki, sürücünün avtomobili ayağını pəncərədən çıxararaq idarə etməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.


Müəllif: Teleqraf.com