7 İyul 2022 09:14
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.

Bıçaqlanan 2000-ci il təvəllüdlü İlkin Həsənov xəstəxanaya yerləşdirilib.

21 yaşlı gənc dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. /oxu.az


Müəllif: Teleqraf.com