Bu gün Bakıda "Bakutel-2014" 20-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı başlayıb.
Teleqraf.com xəbər verir ki, sərginin rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub.
“Bakutel” sərgisində Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.