Xaçmaz rayon polis şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd (ümumi çəkisi 375 kiloqram 100 qram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə N.Kamalovun barəsində həbs qətimkan tədbiri seçilib.