13 İyul 2022 11:55
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları- 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com