14 İyul 2022 11:07
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə iyulun 9-da H.Z.Tağıyev qəsəbə sakini M.Qarayevin içərisində 310 manatı və bank kartları olan pulqabısının oğurlanması, sonradan isə hesabından 598 manatının çıxarılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Q.Dadaşov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov