17 İyul 2022 12:58
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elman Çobanovu saxlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun İdris-oba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə E.Çobanovun barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov