18 İyul 2022 13:24
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon sakini atasına məxsus fermanı yandırıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com