2 Dekabr 2014 19:22
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Fikri İşık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Bakıda keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğulayıb. Fikri İşık Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını deyib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın “G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində də daha da genişləndirməyin önəmini qeyd edib.

Türkiyəli nazir bildirib ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.


Müəllif:

Oxşar xəbərlər