24 İyul 2022 20:26
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

O, hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.

Bu gün Bərdədə "Mətin" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

12:25

Bərdədə kişi arvadının evini yandırmaqda şübhəli bilinir.

Hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. İddialara görə, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.

09:20

Bərdə rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Əliyanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Mənbə/Report