26 İyul 2022 11:13
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını alaraq qaçması barədə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov