27 İyul 2022 13:00
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayon polis şöbəsinə Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb.

Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Əli Hüseynov da saxlanılıb.

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.


Müəllif: Hacı Zeynalov